Modern.az

7 yaşında Atatürklə görüşən uşaq 100 il sonra danışdı - Yanına gedə bilsəydim...

7 yaşında Atatürklə görüşən uşaq 100 il sonra danışdı - Yanına gedə bilsəydim...

Dünya

27 Oktyabr 2023, 14:38

100 il əvvəl - Türkiyə Cümhuriyyətinin qurulduğu 1923-cü ildə Mustafa Kamal Atatürkün Konya vilayətinə səfəri zamanı onunla görüşmüş 7 yaşlı uşaq - hazırda 108 yaşında olan Sabiha Özar həmin günü xatırlayıb.

 

Modern.az xəbər verir ki, poçt markalarında əks olunmuş həmin səfərə aid tarixi fotoda da yer alan Özar "Hürriyet"ə danışıb.

 

O, 1 əsr keçməsinə baxmayaraq həmin günü unutmadığını söyləyib. 1916-cı ildə anadan olmuş qadın oktyabrın 1-də 108 yaşını qeyd edib. Özar 22 mart 1923-cü ildə Atatürkün Konyaya səfəri zamanı ona dediyi sözləri də yadında saxlayıb: "Oxu, müəllim ol".

 

 

O, Atatürkün tövsiyəsinə əməl edib, müəllim olub, 42 il ərzində yüzlərlə şagirdə təhsil verib. 108 yaşlı xanımın sözlərinə görə, onun yolu sonradan - vəfat etdiyi 1938-ci ildə də Atatürklə kəsişib. Özar Atatürklə bu son görüşündə onun xəstəlik səbəbindən rənginin solğun olduğunu və ayaq üstündə çətinliklə dayandığını da unutmayıb.

 

Buna çox kədərləndiyini deyən qadın həmin vaxt Türkiyənin qurucusuna yaxınlaşa bilməyib: "Əgər Atatürkün yanına gedə bilsəydim, onu qucaqlayıb sözünə əməl etdiyimi, müəllim olduğumu deyərdim".

 

O, cümhuriyyətin qurulduğu 29 oktyabr gününün də xatirində qaldığını deyib və 100 illiyə hazırlaşdığını qeyd edib: "Həmin gün hər yerdə bayraqlar var idi. Tədbirlər keçirilirdi. Çox böyük coşqu var idi. 10-cu, 25-ci və 50-ci ildönümü də çox təntənəli qeyd olundu. 100-cü il qutlamalarının necə olacağını səbirsizliklə görmək istəyirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?