Modern.az

Ancaq erməni malları alın! - Arayik Arutyunyan Larsa alternativ tapdı

Ancaq erməni malları alın! - Arayik Arutyunyan Larsa alternativ tapdı

28 Noyabr 2023, 11:38

"İndi Ermənistandakı və diasporadakı ermənilərin sırf Ermənistan istehsalı olan malları almaları son dərəcə vacibdir".

 

Modern.az xəbər verir ki, bunu Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutyunyan deyib.

 

Kənd təsərrüfatı məhsulları, içkilər, erməni şirkətləri tərəfindən göstərilən xidmətlərdən söhbət gedir. Biznes və vergi ödəyicilərinin bu cür dəstəyi müstəqilliyi və suverenliyi gücləndirmək üçün həyati davranışdır. Əgər erməni biznesi xaricdə yaşayan soydaşlarımızın bayram və qeyri-bayram süfrələrində yeni bazarlar tapsa, hansısa Larsın bağlanması (hazırda Ermənistanla Rusiyanı birləşdirən yeganə yol olan Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars yolu nəzərdə tutulur - red.) bizə təsir etməyəcək. Yeni il və Milad süfrələrində yalnız erməni tərəvəzləri, meyvələri, şərabları, konyakları və digər kənd təsərrüfatı məhsulları olmalıdır", - o qeyd edib.

 

Xatırladaq ki, Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri və avtomobillər üçün bağlanıb. Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

Bu xəbər ilə bağlı
Ermənistanla Rusiyanı birləşdirən yol yenə BAĞLANDI
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri