Modern.az

Rusiya Ukraynanın bu şəhərini ələ keçirmək istəyir - Hücuma hazırlıq gedir...

Rusiya Ukraynanın bu şəhərini ələ keçirmək istəyir - Hücuma hazırlıq gedir...

28 Noyabr 2023, 13:32

Rusiya qüvvələri hər tərəfdən Ukrayna şəhərinə doğru irəliləyir Rusiya qüvvələri həftələrlə davam edən döyüşlərdən sonra Ukraynanın şərqindəki Avdiyevka şəhərini ələ keçirmək üçün əməliyyatlarını gücləndirir.

 

Modern.az  xəbər verir ki, bu barədə şəhər rəsmiləri bildirir. Rusiya oktyabrın ortalarından etibarən şəhərə qurudan və havadan hücumlar edir. Avdiyevka hərbi administrasiyasının rəhbəri Vitaliy Barabaş deyir ki, şəhər ətrafındakı vəziyyət daha da çətinləşib.

 

"Toqquşmaların intensivliyi bir müddətdir ki, artmaqdadır", - Barabaş "Espreso TV"yə açıqlamasında bildirib. Onun sözlərinə görə, ruslar hücum etmək üçün daha iki sektor açıblar - Donetsk istiqamətində... və sənaye zonası adlanan hissədə: "Düşmən şəhərə hər tərəfdən hücum etməyə çalışır".

 

Rəsmilər deyirlər ki, böyük koks zavodunun yerləşdiyi şəhərdə əvvəl 32.000 insan yaşayırdısa, indi 1500-dən az sakin qalıb. Döyüşlərin böyük hissəsi sənaye zonasına və koks zavoduna yönəlib. Ukrayna və Qərb hərbi analitikləri deyirlər ki, Rusiya bu istiqamətdə ağır itkilər verib.

 

Rus hərbi bloqçuları da ötən həftə Avdiyevka yaxınlığında Ukraynanın uğur qazandığı barədə məlumat veriblər. Rus mətbuatı bildirib ki, Rusiya qoşunları sənaye zonasına nəzarəti ələ keçirib və koks zavoduna hücum etməyə cəhd ediblər.

 

Avdiyevka 2014-cü ildə Rusiya ordusu tərəfindən işğal edilib, lakin qısa müddət sonra şəhər işğalçılardan təmizlənib. Daha sonra şəhərin ətrafında istehkamlar tikilib. Bu şəhər Rusiyanın nəzarətində olan Donetsk regional mərkəzinə giriş qapısı hesab olunur.

 

Ukrayna iyun ayında əks-hücum əməliyyatına başlayıb, həm şərqdə, həm də cənubda kiçik uğurlar qazanıb. Prezident Volodimir Zelenski irəliləyişin yavaş olduğunu etiraf edib, lakin müharibənin dalana dirənməsi barədə iddiaları rədd edir.

 

Ukrayna ordusunun sözçüsü Aleksandr Ştupun bildirib ki, qış havası və güclü külək hər iki tərəfin pilotsuz uçuş aparatlarından istifadəsinə təsir göstərir. Onun sözlərinə görə, Rusiya qüvvələri Avdiyevka və Maryinka yaxınlığında böyük itkilər verib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri