Modern.az

Ən yaşlı erməni ÖLDÜ

Ən yaşlı erməni ÖLDÜ

28 Noyabr 2023, 11:50

Ermənistanda ölkənin ən yaşlı sakini 104 yaşında dünyasını dəyişib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, noyabrın 26-da axşam saatlarında mərhum Arjo Çilingaryanın cəsədi Berd morquna çatdırılıb.

 

Yaşlı qadın evdə, ailəsinin əhatəsində dünyasını dəyişib.

 

104 yaşlı Arjo Çilinqaryan Tavuş rayonunun İtsakar kəndində yaşayırdı.

 

“O, 1919-cu ildə anadan olub. Hansı gündə doğulduğu bilinmirdi. Yeddi övladı var” – kəndin inzibati rəhbəri Artur Aydınyan deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri