Modern.az

Ermənistan prezidenti özünü buraxan separatçıları məyus etdi

Ermənistan prezidenti özünü buraxan separatçıları məyus etdi

Dünya

28 Noyabr 2023, 11:56

Ermənistan prezidenti Vahaqn Xaçaturyan özünü buraxmış qondarma rejimin "dövlət strukturları" barədə danışıb.

 

Modern.az xəbər verir ki, Xaçaturyan ləğv olunmuş separatizmi yenidən dirçəltmək istəyənləri məyus edib.

 

"Qarabağın dövlət strukturları"nın fəaliyyəti nəyə lazımdır? Ermənistan Respublikası var və onun bütün dövlət institutları fəaliyyət göstərir", - deyə o qeyd edib.

 

Xatırladaq ki, 19-20 sentyabr tarixlərini əhatə edən antiterror tədbirlərindən sonra həmin ayın 28-də separatçıların "sabiq prezidenti" Samvel Şahramanyan bütün "dövlət qurumlarının" 1 yanvar 2024-cü ilədək özünü buraxması barədə qərara imza atıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri