Modern.az

Ukraynanın hərbi kəşfiyyat rəhbərinin həyat yoldaşı zəhərlənib - DETALLAR

Ukraynanın hərbi kəşfiyyat rəhbərinin həyat yoldaşı zəhərlənib - DETALLAR

Dünya

28 Noyabr 2023, 12:22

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşı zəhərlənib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Marianna Budanova xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, o, ağır metallarla zəhərlənib. Səhhəti pisləşdikdən sonra xəstəxanaya aparılıb. Bildirilib ki, hazırda müalicə kursu tamamlanır, həkimlər tərəfindən sonrakı izləmələr davam edir.

 

"Bu maddələr gündəlik həyatda və ya hərbi işlərdə heç bir şəkildə istifadə edilmir. Onların olması konkret bir şəxsi zəhərləmək üçün qəsdən cəhdi göstərir, - deyə qeyd edilib.

 

Xatırladaq ki, Budanova 2021-ci ilin iyun ayından Kiyev meri Vitali Kliçkonun müşaviri vəzifəsində çalışır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri