Modern.az

Pakistanda polis məntəqəsinə hücum - 10 ölü, 6 yaralı

Pakistanda polis məntəqəsinə hücum - 10 ölü, 6 yaralı

5 Fevral 2024, 11:08

Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, silahlılar gecə saatlarında Hayber Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər.

 

Qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

 

Detallar araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?