“HƏMAS İsrailin hər yerinə raketlər atmağa davam edir. Gündəlik olaraq sığınacaqlara getməyə məcbur qalırıq. HƏMAS burada adətən məscidlərə, yaşayış binalarına, xəstəxanalara raketlər atır. Biz qarşı tərəfin uşaqlardan istifadə etdiyini görürük. Bununla da onlar dünyanı İsrailə qarşı çevirmək istəyirlər”.
Bunu Modern.az-a açıqlamasında dağ yahudilərinin Tel-Əvivdəki icma rəhbəri, ravvin Şmuel Simantov bildirib.
O qeyd edib ki, bu müharibədən ən çox əziyyət çəkən İsrail xalqıdır.
"Biz də qısa zamanda bu fəlakətin bitməsini istəyirik. İki ölkə arasında müharibəni İsrail başlatmayıb. Amma yaxın vaxtda tərəflər arasında atəşkəsin olacağı gözlənilir. Bildiyiniz kimi, qarşıdan Ramazan bayramı gəlir. Bizdə olan məlumata görə, qısa müddət sonra tərəflər arasında danışıqlar başlanacaq. Ramazan bayramına görə atəşkəsin olacağı gözlənilir.
Ravvin eyni zamanda İsraildə azərbaycanlıların vəziyyəti barədə danışıb:
“Son məlumata görə burada səkkiz azərbaycanlı terrorun qurbanı olub. Amma yaralılarımız yoxdur. Dəqiq olmayan bir məlumat da var ki, bir nəfərimiz orada əsirlikdədir. Səfirlik bununla bağlı məlumat verməyib. Burda yaşayan azərbaycanlılar qısa heç bir fərq qoymadan bizlərə kömək edirlər. Onlar çünki 2020-ci ildə bu dəhşəti görüblər. Burada yaşayan azərbaycanlılar əllərindən gələn yardımı edirlər”.
Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşma 4-cü ayına yaxınlaşır. HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycanəsilli şəxslər də var. Belə ki, son məlumatlara görə, onların sayı 8 nəfərdir.