Modern.az

Finlandiya prezidentindən Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Finlandiya prezidentindən Rusiya və Ukraynaya ÇAĞIRIŞ

Dünya

30 İyul 2024, 12:26

"Sülh danışıqlarına başlamağın vaxtıdır".

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib.

 

Finlandiya prezidentinin sözlərinə görə, Ukrayna indi danışıqlar üçün bir neçə ay əvvəlkindən daha yaxşı vəziyyətdədir: "Biz danışıqların başlamalı olduğu nöqtəyə yaxınlaşırıq".

 

"Ukrayna öz mövqeyini qoruyub saxlamaq üçün lazımi avadanlıq və büdcə ilə təmin olunub. Biz artıq yazda düşdüyümüz vəziyyətdə deyilik. O vaxt Amerikanın yardımı əngəllənir, Avropa isə texnikanı çatdırmaqda çətinlik çəkirdi. Rusiyanın heç bir sıçrayışı yoxdur. Putin Qərbin müharibədən yorulacağını düşünürdü, amma yanıldı", - o əlavə edib.

 

Bununla yanaşı, Stubb qeyd edib ki, Ukraynanın əsas şərti - Rusiya qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması "mümkün danışıqlar üçün ilkin şərt kimi irəli sürülə bilməz".

 

Eyni zamanda, o bəyan edib ki, “danışıqların başlanması sizin güzəştə gedəcəyiniz demək deyil”.

 

"Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Biz ikitərəfli razılaşmalar və NATO-ya və təbii ki, Avropa İttifaqına mümkün yol vasitəsilə ona kömək edə bilərik", - Stubb deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu