Modern.az

Zurab Caparidze Tbilisidə SAXLANILDI

Zurab Caparidze Tbilisidə SAXLANILDI

2 Dekabr 2024, 10:56

Tbilisidə etiraz aksiyaları zamanı müxalifətdə olan "Girçi - Daha çox Azadlıq" partiyasının sədri Zurab Caparidze saxlanılıb.

Modern.az bu barədə yerli "Ambebi" portalına istinadən xəbər verir.

Bildirilir ki, Caparidze paytaxtın Çavçavadze prospektindəki Vake rayonunda tutulub, burada parlament binası yaxınlığında keçirilən gecə aksiyasından sonra etirazçılar polisin təqibinə məruz qalıb. Zurab Caparidzenin saxlanmasından əvvəl polislə etirazçılar arasında qarşıdurma olub.

Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır