Modern.az

Gürcüstanın yeni prezidenti and içdi - VİDEO - YENİLƏNİB

Gürcüstanın yeni prezidenti and içdi - VİDEO - YENİLƏNİB

Dünya

29 Dekabr 2024, 11:30

Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi başa çatıb.

Modern.az xəbər verir ki, mərasimin rəsmi hissəsi parlamentin plenar zalında keçirilib. Kavelaşvili Gürcüstan Konstitusiyasına and içib - ölkənin əsas qanununun həmin nüsxəsi parlamentin muzeyində saxlanılacaq və hər dəfə dövlət başçısının andiçmə mərasimi zamanı istifadə olunacaq.

***

Gürcüstanın altıncı prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi başlayıb.

Modern.az xəbər verir ki, saat 11:00-da başlayan mərasim Gürcüstan parlamentin plenar zalında keçirilir.

Andiçmədə Kavelaşvilini prezident seçmiş 300 seçici, o cümlədən deputatlar, Gürcü Pravoslav Kilsəsinin nümayəndələri, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, Mərkəzi Seçki Komissiyasını və hökumətin üzvləri iştirak edirlər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi