Modern.az

“Əş-Şəbab”ın üç lideri ÖLDÜRÜLDÜ

“Əş-Şəbab”ın üç lideri ÖLDÜRÜLDÜ

Dünya

8 İyun 2025, 09:32

Somali milli ordusunun milli kəşfiyyat və təhlükəsizlik agentliyinin hərbçiləri tərəfindən “Əş-Şəbab” terror qruplaşmasının üç səhra komandiri zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Somali İnformasiya Nazirliyinin “X”də yayılan press-relizində deyilir.

 

Qeyd olunub ki, Hiranda aparılan dəqiq əməliyyat nəticəsində bu bölgədə terrorçuların basqınlarına rəhbərlik edən Nunule, Qalqadud bölgəsində terror kəşfiyyatının rəhbəri Kaddau və silahlıların təlim bazalarına rəhbərlik edən Makallin Kumar zərərsizləşdirilib.

 

Somali prezidenti Həsən Şeyx Mohamud “Əl-Şəbab”a qarşı hərtərəfli müharibə aparacağını vəd edib. Hazırda Somali milli ordusuna yerli milislər və Afrika İttifaqı qoşunları dəstək verir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?