Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan iyunun 25-də bütün ermənilərin katolikosu II Qaregini qəbul edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bir saata yaxın davam edən görüşdə ölkədəki mövcud vəziyyət, baş nazir Nikol Paşinyanın iş adamı Samvel Karapetyanı həbs etdirməsi məsələsi müzakirə olunub.
Levon Ter-Petrosyan Paşinyanı məğlubiyyətin təcəssümü adlandırıb. Eks-prezident deyib ki, baş nazir Qarabağ müharibəsində biabırçı şəkildə uduzdu, erməni kilsəsinə qarşı elan etdiyi müharibədə də mütləq uduzacaq.