Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı xüsusi təyinatlıları erməni kilsəsinin başçısının iqamətgahının ərazisinə daxil olublar.
Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bütün ermənilərin katolikosu II Qaregin özü təhlükəsizlik qüvvələrinin qarşısına çıxıb.
Jurnalistlər ərazidən uzaqlaşdırılıb.
Bundan əvvəl Eçmiədzinin polis rəisi kilsəyə gəlib. Hazırda tərəflər arasında müzakirə aparılır.
Qeyd edək ki, bu gün səhər saatlarında 30-a yaxın maskalı şəxs Şirak Yeparxiyasının binasına daxil olub.