Modern.az

Rubio Lavrovla nəyi müzakirə etdi?

Rubio Lavrovla nəyi müzakirə etdi?

Dünya

10 İyul 2025, 15:54

Malayziyanın paytaxtı Kuala-Lumpurda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş olub.

Modern.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb. İki fövqəldövlətin xarici işlər nazirlərinin görüşü Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) tədbirləri çərçivəsində keçirilib.

Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin rəhbərləri əsasən Moskva-Vaşinqton  münasibətlərinin bərpasını və Ukraynadakı münaqişənin həllini müzakirə ediblər.

Lavrov və Rubio arasında əvvəlki görüş 2025-ci il fevralın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Sergey Lavrov və Marko Rubio arasında fevraldan bəri 7 telefon danışığı olub.

***

ABŞ dövlət katibi Marko Rubio bu gün Kuala-Lumpurda ASEAN Xarici İşlər Nazirlərinin Toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Bu görüş Rubio ilə Lavrovun ikinci üzbəüz söhbəti olacaq və ABŞ prezidenti Donald Trampın Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı mövqeyindən narazılığının artması fonunda baş tutacaq.

İki diplomat arasında ilk görüş fevral ayında Tramp administrasiyası ikitərəfli münasibətləri bərpa etməyə və münaqişənin həlli ilə bağlı danışıqları asanlaşdırmağa çalışarkən Səudiyyə Ərəbistanında baş tutub.

"Mən təsdiq edə bilərəm ki, belə bir görüşün üzərində iş gedir", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı bildirib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi