İranın Mülki Aviasiya Təşkilatı təhlükəsizlik qiymətləndirmələrindən sonra ölkədəki bütün hava limanlarının 24 saatlıq fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, açıqlamaya görə, yalnız Tehranın Mehrabad Beynəlxalq Hava Limanı hər gün səhər saat 4:00-dan axşam 19:00-a kimi sərnişin reyslərinə xidmət göstərməyə davam edəcək.
Bu arada, təhsil və turizm uçuşları növbəti xəbərdarlığa qədər qadağan edilib.