Modern.az

Növbəti köç karvanı Zəngilana çatıb - FOTOLAR

Növbəti köç karvanı Zəngilana çatıb - FOTOLAR

Aktual

27 Yanvar 2026, 12:47

Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.

Modern.az xəbər verir ki, yanvarın 27-də doğma yurduna yola salınan köç karvanı Məmmədbəyli kəndinə çatıb.

Bu mərhələdə Məmmədbəyli kəndinə 103 nəfərdən ibarət 20 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı