Modern.az

Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı

Paşinyan kilsəyə qarşı “hücuma” HAZIRLAŞIR - Tarix açıqlandı

Dünya

21 İyul 2025, 11:30

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dini mərkəzi sayılan Üçmüədzində mitinq planlaşdırır.

Modern.az-ın məlumatına görə, Paşinyan özü sosial şəbəkələrdə verdiyi açıqlamada bu prosesə işarə edib.

Mitinqin iyulun 22-də bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında keçirilməsi gözlənilir.

Müşahidəçilərin məlumatına görə, Paşinyanın bu təşəbbüsünün əsas məqsədi II Qaregini Üçmüədzindəki rəsmi iqamətgahından uzaqlaşdırmaqdır.

“Biz bunu birlikdə edəcəyik. Hazır olun”, – deyə Paşinyan çağırış edib.

Müxalifət və kilsə rəsmiləri mitinqi təxribat, həmçinin hücum kimi qiymətləndirib. Yerli mətbuatın məlumatına əsasən, mitinqdə xüsusi təyinatlı qüvvələrin mülki geyimdə iştirakı, eyni zamanda “Yerkrapa” könüllü dəstələrinin cəlb olunacağı gözlənilir.

Paşinyan mitinq iştirakçılarının sayının 10 minə çatdırılmasını tapşırıb.

Bəzi erməni analitiklərin fikrincə, Paşinyan yaxın günlərdə kilsə rəhbərliyinə qarşı “korrupsiya” və digər ittihamlarla bağlı “kompromatları” mediaya sızdırmağı planlaşdırır.

Qeyd edək ki, Paşinyan bir müddət əvvəl kilsə rəsmilərinin subaylıq andını pozduğunu bildirib. Bu səbəbdən tərəflər arasında qarşıdurma şiddətlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü