Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana səfər planlarının olmadığını bildirib.
Modern.az xəbər verir ki, jrnalistlərin “Yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?” sualına cavab verən Overçuk deyib: “Yaxın vaxtlarda dəvətlər yoxdur hələ”.
Qeyd edək ki, Overçukun sonuncu rəsmi səfəri 2024-cü ilin 9 avqustunda baş tutub. Həmin tarixdə o, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi əməkdaşlıq komissiyasının 22-ci iclasında iştirak etmək üçün Bakıya gəlib.
Bundan sonra, 2025-ci ilin iyun ayının sonunda Rusiya Baş nazirinin müavininin Azərbaycana daha bir rəsmi səfəri planlaşdırılmışdı. Lakin bu səfər sonradan ləğv edilib.