Modern.az

O açar sadəcə 3 nəfərə təqdim edilmişdi - FOTO

O açar sadəcə 3 nəfərə təqdim edilmişdi - FOTO

Dünya

9 Avqust 2025, 19:00

ABŞ Prezidenti Donald Trampın ən nadir və simvolik hədiyyələrindən biri hesab edilən Ağ Evin “qızıl açarı” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

"Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm", - Tramp hədiyyəni təqdim edərkən bildirib.

Ağ Evdə keçirilən tarixi görüş zamanı baş tutan bu jest Vaşinqton-Bakı münasibətlərində yeni mərhələ kimi qiymətləndirilir.

Mərasim ABŞ paytaxtında keçirilən üçtərəfli danışıqlar və sülh sazişinin paraflanması çərçivəsində reallaşıb. 

Modern.az-ın məlumatına görə, Donald Tramp İlham Əliyevədək Ağ Evin “qızıl açarı”nı yalnız üç nəfər təqdim edib.

2020-ci ildə İbrahim sazişlərinin imzalanmasından sonra açar İsrailin Baş naziri Benyamin Netanyahuya verilib.

Yaponiyanın keçmiş Baş naziri və məşhur siyasətçi Taro Aso da Tramp ilə görüşündə simvolik açar alıb.

Tramp bu ilin mayı ayında amerikalı milyarder İlon Maska da bu açardan təqdim edib. O, Hökumətin Effektivliyi Departamentindəki xidmətlərə görə bu hədiyyəyə layiq görülüb.

Tramp hər dəfə açarı təqdim edərkən bunun yalnız “çox xüsusi insanlara” verildiyini vurğulayıb.

Ağ Evin “qızıl açarı” ABŞ siyasi mədəniyyətində nadir təqdim olunan simvolik hədiyyədir. Açar dərin diplomatik məna daşıyır, etimad, strateji tərəfdaşlıq və yüksək hörmətin nişanı sayılır. Hədiyyə simvolik olaraq Ağ Evin və ABŞ Prezidentinin “qapılarının” həmişə açıq olduğu mesajını verir. Siyasi analitiklərə görə, belə bir hədiyyə sadəcə protokol jesti deyil, həm də strateji mesajdır.

 

1454719

Elnur Əmirov

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza