Modern.az

FTX Rusiyada qondarma “Azərbaycan diasporu” YARADIR

FTX Rusiyada qondarma “Azərbaycan diasporu” YARADIR

Dünya

1 Sentyabr 2025, 13:32

Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılar yeni təşkilat rəhbərini seçiblər.

Rusiya mediasının yazdığına görə, “Azərbaycanlıların Uralda Mədəniyyət, Gənclik və İdman Mərkəzi” adlı ictimai quruma Vidadi Mustafayev sədrlik edəcək.

Modern.az-ın məlumatına görə, o, əvvəllər də bu təşkilatın prezidenti olub və indi faktiki olaraq bölgədəki diaspora işlərinin başında dayanır. 

Xatırladaq ki, bu ilin yayında digər diaspora qurumunun - “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlınski və onun oğlu saxlanılıb. Şıxlınski uzun illər Uraldakı azərbaycanlıların qeyri-rəsmi lideri hesab olunurdu. Lakin son dövrlər Vidadi Mustafayevlə onun arasında ciddi fikir ayrılığı yaranmışdı. Mustafayev həmkarını azərbaycanlıların problemlərinə biganə qalmaqda, gənclərlə iş aparmamaqda və diasporanı kriminal dairələrin təsiri altına salmaqda ittiham edirdi.

“Biz artıq "diaspora" anlayışını ləğv etdik. Bu söz özünü doğrultmur. Mənim əsas məqsədim gənclərin düzgün tərbiyəsi, onların Rusiya cəmiyyətinə inteqrasiyası və qanunlara hörmətlə yanaşması olacaq”, - o deyib.

Vidadi Mustafayevin adı əvvəllər də hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. O, bir vaxtlar keçmiş deputat Andrey Zaşlyapinin Sverdolovsk vilayətində FTX (Rusiya Federal Təhlükəsizlik Xidməti) əməkdaşına rüşvət verməsi işi üzrə şahid qismində dindirilib. Mustafayev həmin hadisə zamanı rüşvətin ötürülməsində vasitəçi kimi çıxış edib, lakin sonradan hüquq-mühafizə orqanlarına məlumat verərək istintaqa yardım göstərib.

1458542

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular