Modern.az

“Starıy Baku” restoranının sahibi həbsdə qaldı 

“Starıy Baku” restoranının sahibi həbsdə qaldı 

Dünya

1 Sentyabr 2025, 20:14

Rusiyanın Krasnodar diyarında azərbaycanlı iş adamı, “Starıy Baku” restoranının və Tuapsedəki yükləmə terminalının sahibi Şahlar Novruzov həbsdə qalacaq.

Modern.az-ın məlumatına görə, məhkəmə onun barəsində seçilmiş qətimkan tədbirini 26 sentyabra qədər uzadıb. Novruzov 919 milyon rubl dəyərində əmlakı mənimsəməyə cəhd ittihamı ilə təqsirləndirilir.

İstintaq iddia edir ki, o və şərikləri saxta nikah şəhadətnaməsindən istifadə edərək əmlakı ələ keçirməyə çalışıblar. Vəkil isə onun yaşı, daim Krasnodarda yaşamasını nəzərə alaraq ev dustaqlığına buraxılmasını istəyib. Lakin məhkəmə Federal Təhlükəsizlik Xidmətinin mövqeyini əsas götürərək şikayəti təmin etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular