Modern.az

Tramp Putinə zəng etməyə hazırlaşır 

Tramp Putinə zəng etməyə hazırlaşır 

Dünya

5 Sentyabr 2025, 09:56

ABŞ prezidenti Donald Tramp tezliklə Rusiya lideri Vladimir Putinlə danışmağı planlaşdırdığını bildirib və etiraf edib ki, Ukraynada müharibəni dayandırmaq asan deyil.

Modern.az xəbər verir ki, o bunu Ağ Evdə dünyanın ən böyük İT şirkətlərinin rəhbərləri ilə eksklüziv şam yeməyi zamanı deyib.

ABŞ prezidentindən Ukrayna prezidenti Volodimir Zelenski ilə danışdıqdan sonra Putinlə danışmağı planlaşdırıb-düşünmədiyini soruşublar.
Tramp “bəli, edəcəyəm” deyə cavab verib və əlavə edib ki, onunla Rusiya lideri arasında “çox yaxşı dialoq” var.

"Yeddi müharibəni həll etdim. Düşündüyüm ən asanlardan biri olmalı idi... Bu hissi bilirsiniz: bir şeyin daha asan olacağını düşünürsən və bir az daha çətin olacaq".

O, Ukraynadakı müharibəni "Rusiya-Ukrayna fəlakəti" adlandırıb və burada "bu həftə 7014 nəfər ölüb, əksəriyyəti əsgərlərdir" deyib. Trampın qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin həlli ​​çətin olsa da, o bunu edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular