Son 10 gündə Baş nazir Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində yaşanan tıxac problemi ilə bağlı iki dəfə işçi müşavirə keçirilib. Müşavirələrdə paytaxtın uzun illərdir həllini gözləyən problemindən çıxış yolları müzakirə edilib, konkret tapşırıqlar verilib. Bu gün keçirilən toplantıda isə tıxacdan qurtulmaq üçün Tədbirlər Planının hazırlandığı diqqətə çatdırılıb.
Modern.az xəbər verir ki, yayılmış məlumatlara görə, sadə vətəndaşlarla yanaşı, dövlət rəsmiləri və məmurlar da tıxaca düşür, saatlarla yolda gözləməli olurlar.
Hətta iddia edilir ki, bəzi məmurlar bu səbəbdən iclaslara gecikir, dəvət aldıqları toplantılara vaxtında yetişə bilmirlər. Tıxac bəlasından əziyyət çəkən məmurlar da bu problemin tezliklə həllini tapmasını istəyirlər.
Tıxac problemi yaşayan nazirlərin kimlər olduğuna gəlincə, qeyri-rəsmi məlumatlarda bu gizli saxlanılır.