Modern.az

Xınalıqda maşın dərəyə aşıb - Ölən var

Xınalıqda maşın dərəyə aşıb - Ölən var

24 Oktyabr 2022, 09:20

Quba rayonunun Xınalıq kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, oktyabrın 23-ü saat 18 radələrində Quba-Xınalıq yolunun 57-ci km-də, Xınalıq kənd ərazisindən keçən hissəsində avtomobil dərəyə aşıb.

 

Belə ki, 1974-cü il təvəllüdlü Hacıyev Şıxbaba Gülbala oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil dumanlı hava şəraitində torpaq yolda idarəetmədən çıxıb. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dərəyə aşıb. Nəticədə sürücü bədən xəsarətləri alıb, avtomobildə olan sərnişin - 1978-ci il təvəllüdlü Lalayev Rauf Bədəl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama