Modern.az

Qısqanc ər arvadını iplə boğaraq öldürdü

Qısqanc ər arvadını iplə boğaraq öldürdü

Hadisə

19 Noyabr 2022, 08:55

Noyabrın 18-də səhər saatlarında Yevlax rayonunda 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, araşdırmalarla 1993-ci il təvəllüdlü Anar Salmanovun həyat yoldaşını qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı N.Salmanovanı iplə boğaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Salmanov saxlanılaraq istintaqa verilib.

 

Araşdırmalar davam etdirirlir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı