Modern.az

Üç nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA 

Üç nəfərin öldüyü qəza ilə bağlı AÇIQLAMA 

17 Fevral 2023, 21:36

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonu, Xudat şəhərində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Şimal Regional Mərkəzinin xilasediciləri köməyə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Hyundai” markalı iki minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində 3 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi