Modern.az

Zəlzələ günü anadan oldu, zəlzələdə həyatını itirdi...

Zəlzələ günü anadan oldu, zəlzələdə həyatını itirdi...

18 Fevral 2023, 08:44

Türkiyənin Qaziantep vilayətinin Nurdağı bölgəsinin sakini 24 yaşlı Osman Enes Baştürk fevralın 6-da baş verən zəlzələlərin qurbanlarından biridir.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onun anadan olması da zəlzələyə təsadüf edib.

 

Belə ki, Osman 17 avqust 1999-cu ildə Türkiyədə baş verən zəlzələ zamanı Qaziantepdə anadan olub. 

 

24 illik həyatı zəlzələ ilə başlayan Osman Enes fevralın 6-da baş verən zəlzələ zamanı üzərinə düşən divarın altında qalan qardaşını qorumaq istəyərkən həlak olub.

 

Atası Mehmet Baştürk Osmanın həlak olduğu evə cəmi 3 gün əvvəl köçdüklərini bildirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi