Modern.az

15 yaşlı qız dəm qazından boğulub öldü 

15 yaşlı qız dəm qazından boğulub öldü 

19 Fevral 2023, 20:49

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü L.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.

 

O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?