Tacikistanın Çin ilə sərhədinin yaxınlığında 7,3 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb.
Çin vaxtı ilə səhər saat 8:37-də qeydə alınan yeraltı təkanlar Çinin Sincan Uyğur muxtar rayonunda da hiss olunub. Zəlzələnin episentri Tacikistan-Çin sərhədindən 82 kilometr aralıda olub.
Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdur.