Modern.az

2 min manatlıq qızıl təsbeh oğurlandı

2 min manatlıq qızıl təsbeh oğurlandı

Hadisə

21 Aprel 2023, 12:43

Şəmkir şəhəri ərazisindəki restoranların birində qızıl təsbeh oğurlanıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, təsbeh Bakı şəhər sakini A.Baxşəliyevə məxsusdur.

 

2000 manat dəyərində olan qızıl təsbehin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?