Biləsuvar şəhərində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verib.
Modern.az xəbər verir ki, mənzildə partlayışa səbəb qaz sızması olub. Dərhal FHN-in aidiyyəti qurumları hadisə yerinə cəlb edilib.
İlkin baxış zamanı partlayış baş verən mənzilin dam örtüyünün çökməsi müəyyən edilib. Hadisə ilə bağlı araşdırma aparılır.