TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib. Vəziyyət nəzarət altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
10;40
Xəbər verdiyimiz kimi, bu gün Gəncədə xəstəxanada yanğın baş verib.
Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasında qeydə alınıb. Yanğın zamanı reanimasiya şöbəsində yatan xəstələrdən biri tüstüdən boğularaq vəfat edib. Hazırda onun kimliyi dəqiqləşdirilir.
İlkin məlumata görə, hadisə binanın zirzəmisindəki yanğın şitində baş verib. Havalandırma borusundan binanın digər məntəqələrinə tüstü dolub.
Qeyd edək ki, ölən xəstə ürək çatışmazlığından xəstəxanada yatırmış.