Modern.az

Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - 8 yaralı 

Fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı - 8 yaralı 

Hadisə

11 May 2023, 20:24

Cəlilabad rayonunda yol qəzası baş verib. Hadisə zamanı yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, "QAZEL" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. 

 

Hadisə zamanı xəsarət alan 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 

 

Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar