Modern.az

Bakıda dəhşətli qəza - 2 nəfər yanaraq öldü 

Bakıda dəhşətli qəza - 2 nəfər yanaraq öldü 

Hadisə

13 May 2023, 10:22

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 01 radələrində Binə qəsəbəsindən keçən yoldakı körpünün altında baş verib. “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində “Opel” aşaraq alovlanıb. Nəticədə avtomobildə olan iki nəfər yanaraq ölüb.

 

“Nissan”ın sürücüsü isə Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

 

Əraziyə gələn FHN-in DYMX-nin yanğınsöndürmə briqadaları maşını söndürdükdən sonra yanaraq ölən şəxslərin meyiti aidiyyəti üzrə təhvil verib. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi