Modern.az

Keçmiş polisi qətlə yetirən qonşusu saxlanılıb - YENİLƏNİB

Keçmiş polisi qətlə yetirən qonşusu saxlanılıb - YENİLƏNİB

Hadisə

19 İyun 2023, 08:34

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov polis əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri ilə saxlanılıb.

 

Bu barədə Modern.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

İyunun 18-də saat 23 radələrində Biləsuvar rayonunda 8 saylı qəsəbə ərazisində 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

Məlumata görə, münaqişə qonşular arasında baş verib.

 

B.Bayramov polis nəfəri kimi əvvəllər polis orqanında xidmət edib, öz arzusu ilə polis orqanlarından xaric edilib.

 

Əlavə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər