Türkiyənin İzmir şəhərində evlərin birində dərin dondurucudan 4 insan cəsədi tapılıb.
Modern.az xəbər verir ki, bu barədə İzmir valiliyi məlumat yayıb.
Bildirilir ki, tapılan 4 cəsəddən 3-ü qadın, 1-i kişidir.
Hazırda polis tərəfindən hadisə ilə bağlı araşdırma aparılır. Cinayəti törətməkdə şübhəli bilinən Türkmənistan vətəndaşının tutulması istiqamətində işlər görülür. Qətlə yetirilən şəxslərin də Türkmənistan vətəndaşları olduğu bildirilir.
Cinayətin təfərrüatı açıqlanmayıb.