Modern.az

58 yaşlı bacısını yumruqla ÖLDÜRDÜ

58 yaşlı bacısını yumruqla ÖLDÜRDÜ

Hadisə

2 Avqust 2023, 14:00

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub.

 

O, saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər