Modern.az

Bakıda dəhşətli qəza: 3 maşını əzib havaya qalxdı - Anbaan görüntülər

Bakıda dəhşətli qəza: 3 maşını əzib havaya qalxdı - Anbaan görüntülər

5 Fevral 2024, 11:46

Bakının mərkəzində ağır yol qəzası baş verib.

 

Modern.az "qafqazinfo"ya istinadən xəbər verir ki, sürətlə hərəkət edən minik avtomobili “Toyota Prius” markalı avtomobilə arxadan çırpılıb. Zərbənin təsirindən həmin avtomobil havaya qalxıb və təhlükəli şəkildə yerə çırpılıb.

 

 

 

Bakı Şəhər Dövlət Yol Polisi idarəsindən bildirilib ki, hadisə fevralın 3-ü saat 23 radələrində Nərimanov rayonunun Həsən Əliyev küçəsində baş verib:

 

“Faw” markalı nəqliyyat vasitəsinin sürücüsü əvvəlcə “Toyota Prius”, daha sonra isə “Mercedes” və “Toyota Prado” markalı avtomobillərlə toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Hazırda faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır. Bu kimi xoşagəlməz halların baş verməməsi üçün sürücülər qaydalara ciddi əməl etsinlər, özlərinin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı