Modern.az

Ötən ay zəhərlənmədən ölənlərin SAYI

Ötən ay zəhərlənmədən ölənlərin SAYI

5 Fevral 2024, 12:04

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.

 

KTM-dən Modern.az-a verilən məlumata görə, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

 

Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

 

Həkimlərin səylərinə baxmayaraq zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib, onlardan 6-sı kişi, 1-i qadın olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı