Modern.az

Qatar vuran qadının son DURUMU

Qatar vuran qadının son DURUMU

5 Fevral 2024, 13:00

Sumqayıtda qatar vuran 1970-ci il təvəllüdlü şəxsin (qadın cinsli) son durumu məlum olub.

 

Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən Modern.az-a bildirilib ki, o, bu gün saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

 

“Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub.

 

Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”, - Mərkəzdən qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı