Modern.az

İmişlidə ölən məktəblilər yol polisinin qardaşı uşaqlarıdır - YENİLƏNİB

İmişlidə ölən məktəblilər yol polisinin qardaşı uşaqlarıdır - YENİLƏNİB

Hadisə

18 Yanvar 2025, 16:02

İmişli rayonunda baş verən qəza zamanı dünyasını dəyişən azyaşlılar hadisəni törədən polis əməkdaşının qardaşı övladlarıdır.

Modern.az xəbər verir ki, bu barədə Lent.az məlumat yayıb.

Qəzada xəsarət alan yol polis inspektorunun da vəziyyətinin ağır olduğu bildirilir.

***

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti maşın yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi