Modern.az

Argentina dünya çempionu oldu - VİDEO (YENİLƏNİB)

Argentina dünya çempionu oldu - VİDEO (YENİLƏNİB)

İdman

18 Dekabr 2022, 21:54

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, dünya çempionatının final oyununda Argentina və Fransa yığmaları üz-üzə gəlib. 

 

Gərgin idman mübarizəsi şəraitində keçən matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Dünya çempionunu müəyyən etmək üçün əlavə vaxt oynanılıb.

 

Əlavə vaxtda tərəflər hərəyə bir dəfə fərqləniblər. Matçın 109-cu dəqiqəsində Lionel Messi, 116-cı dəqiqəsində Kilyan Mbappe adını qol siyahısına yazdırıb.

 

Final görüşünün qalibi penalti seriyasında müəyyənləşib. Sonda zərbələri dəqiq yerinə yetirən Argentina millisi Fransanı məğlub edərək, dünya çempionatının qalibi olub.

 

 

***

Argentina və Fransa yığmaları arasında keçirilən final matçında hesab yenidən bərabərləşib.

 

Modern.az xəbər verir ki, 116-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Kilian Mbappe özünün və komandasının 3-cü qolunu vurub.

 

Hazırda görüş 3:3 hesabı ilə davam edir.

 

 

***

Argentina və Fransa yığmaları arasında keçirilən final matçında 5-ci qol vurulub.

 

Modern.az xəbər verir ki, görüşün 109-cu dəqiqəsində Lionel Messi Argentinanı yenidən hesabda önə keçirib - 3:2.

 

 

***

Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, 80-ci dəqiqədə Fransa buraxılan toplardan birinin əvəzini çıxıb. Kilian Mbappe penaltini dəqiq yerinə yetirib.

 

Cəmi 2 dəqiqə sonra Mbappe özünün və komandasının 2-ci qolunu vurub.

 

 

***

Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab dəyişib.

 

Modern.az xəbər verir ki, Di Mariya görüşün 36-cı dəqiqəsində Argentina millisinin ikinci qoluna ima atıb.

 

***

Argentina və Fransa yığmaları arasında keçirilən final görüşündə hesab açılıb.

 

Modern.az xəbər verir ki, 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini hesabda önə çıxarıb.

 

***

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının final oyunu – Argentina-Fransa matçı başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 

Argentina yığmasının start heyətində Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares yer alıblar.

 

Fransa seçməsinin heyətində isə meydana Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizman, Kilyan Mbappe, Usman Dembele, Olivye Jiru çıxıblar.

 

Matçı qarşılaşmanı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir. Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç kömək göstərirlər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirir.

 

Görüşün VAR hakimi isə Tomaş Kvyatkovskidir.

 

***

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

 

Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

 

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

 

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!