"Ermənistan tərəfi bu dəfə də idmanı siyasətə qatıb".
Modern.az xəbər verir ki, bunu İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Ömər Cavadov (73 kq) deyib.
"Ora bayrağımızı qaldırmağa getmişdik. Amma onların etdikləri hərəkət düzgün deyil. Erməni təxribatı səbəbindən yarışdan imtina etdik. Bayrağımız hər şeydən ucadır. Millətimizə minnətdarlığımızı bildiririk", - idmançı bildirib.
Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisi Vətənə qayıdıb.