"Sabah" və "Beşiktaş" klubları arasında xeyriyyə oyunu başa çatıb.
Modern.az xəbər verir ki, matç 3:3 hesabı ilə yekunlaşıb.
Oyunda İstanbul təmsilçisindən 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun, Azərbaycandan isə 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov fərqlənib.
Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.