Modern.az

Boksçularımız Gürcüstanda 13 medal qazandı

Boksçularımız Gürcüstanda 13 medal qazandı

İdman

12 İyun 2023, 19:17

Kutaisi şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib.

 

Modern.az-ın məlumatına görə, Azərbaycan yığması Gürcüstan, Özbəkistan, İsrail və Latviya millilərinin də qatıldığı yarışı 13 medalla başa vurub.

 

Baş məşqçi Vaqif Kazımovla məşqçi Teymur Məmmədovun rəhbərlik etdiyi komandada Bilalhəbəşi Nəzərov (46 kq), Eldar Abdullazadə (52 kq) və Orucəli Cavadzadə (57 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar. Yalnız finalda uduzan Mircəlal Mirağayevlə (75 kq) İlkin Məmmədli (+80 kq) ikinci yerlə kifayətləniblər.

 

Digər boksçularımızdan Ucal Musayev (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev, Əli Baxışov (hər ikisi 50 kq), Faiq Mollayev (52 kq), Elbrus Kərimli (54 kq), Hüseyn Hüseynli (80 kq) və Məhəmməd Cəfərov (+80 kq) isə turniri bürünc medalla bitiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü