Modern.az

"Səbail" Madaqaskardan futbolçu transfer etdi

İdman

12 İyul 2023, 21:01

Transfer çalışmalarını davam etdirən "Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

 

Modern.az kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisi son mövsümü Fransanın "Sedan" komandasında keçirmiş hücumçu Aleksandr Ramalinqomla 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Madaqaskar millisinin üzvü karyerası ərzində "Marinyan", "Balajn", "Ayaçço", "Marinyan Cinyak", "Bezye" (hamısı Fransa) "Virton" (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu yığmada 8 oyun keçirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi