Modern.az

Millimiz Portuqaliya ilə cavab matçına çıxır

Millimiz Portuqaliya ilə cavab matçına çıxır

29 Oktyabr 2024, 09:20

Azərbaycanın qadın futbolçulardan ibarət yığması Avropa çempionatının I pley-off mərhələsində bu gün Portuqaliya ilə cavab matçına çıxacaq.

Modern.az-ın məlumatına görə, Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş saat 23:45-də start götürəcək.

Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Avropa çempionatı

Pley-off mərhələsi, cavab oyunu

29 oktyabr

23:45. Portuqaliya - Azərbaycan

İlk oyun - 4:1.

Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).

Qeyd edək ki, cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək və ilk matçı evdə keçirəcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər