Modern.az

"Neftçi" heç-heçə etdi - VİDEO

"Neftçi" heç-heçə etdi - VİDEO

İdman

21 Dekabr 2024, 18:12

Misli Premyer Liqasının XVIII turunda "Neftçi" səfərdə "Turan Tovuz"la heç-heçə edib.

 

Modern.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən görüşdə cəmi iki qol vurulub - 1:1.

 

Hazırda Tovuz klubu turnir cədvəlində 32 xalla üçüncü pillədə qərarlaşıb. Paytaxt təmsilçisi isə 17 xalla yeddincidir.

 

Qeyd edək ki, turun dünən keçirilən “Kəpəz” - “Sumqayıt” görüşündə qol vurulmayıb. XVIII tura sabah baş tutacaq “Şamaxı” - “Sabah” və “Qarabağ” - “Araz-Naxçıvan” oyunları ilə yekun vurulacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular