"Neftçi" Alfa Konte ilə yolları ayırıb.
Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Syerra Leonedən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.